Ramazanın 3-cü günü: imsak və iftar vaxtı

Ramazanın 3-cü günü: imsak və iftar vaxtı
02:11 20 İyun 2015
1914 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Ramazan ayının 3-cü günüdür.

Axşam.az-ın məlumatına görə, QMİ-nin Şamaxı Rəsədxanasına istinadən tərtib etdiyi cədvələ əsasən, imsak Bakı saatı ilə 04:40-da, iftar isə saat 21:30-dadır.

3-cü günün duası:

Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla.

İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!

(Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin).

Ramazanda düzgün qidalanma - BURADA


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR