Bakı, 13 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,8 faiz əməl edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur.
Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir.