Milli.Az xəbər verir ki, bu gün Tahirə Məmmədqızının və Tural Ozanın təqdimatında "Space" TV-nin "Görüş Yerində" düşmən tapdağı altında olan Ağdam anıldı.
22 il öncə ermənilər tərəfindən işğal olunan Ağdam şəhərindən söhbət aparıldı. Verilişə qonaq qismində də elə Ağdamlı sənətkarlar dəvət olundu. Əməkdar artist Təyyar Bayramov, xalq artisti, bədii qiraətçi Azad Şükürov Ağdamla bağlı xatirələrini dilə gətirdi.
Ağdamın işğalı günü "Görüş Yerində" Fatimə Fətəliyevanın ifasında "Sarı gəlin" milli rəqsi təqdim olundu. Təyyar Bayramovun ifasında Qarabağ şikəstəsi təqdim səsləndi.
Milli.Az




