Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

Gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edir.

Üçüncü yarış günündə mübarizə aparan gənc qızlardan ibarət yığmamızın üzvləri Türkan Nəsirova (44 kq) və Leyla Qurbanova (51 kq) qızıl, Elis Manolova (67 kq) isə bürünc medala sahib olub.

Metbuat.az-ın məlumatına görə, yarışların dördüncü günündə 48, 55, 63 və 72 kq çəkidə gənc qızlar mübarizə aparır. İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

48 kq
1/8 final - Oksana Livaç (UKR) - Ayan Məmmədova

55 kq
1/16 final - Alyona Kolesnik - Julie Steffler (CAN)

63 kq
1/4 final - Raqnetta Qurbanzadə - Eliana Szabo (HUN)

72 kq
1/8 final - Anastasia Şutova (UKR) - Səbirə Əliyeva