Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz artaraq 457,2 manat təşkil edib. Əməkhaqqı qeyri-neft sektorunda 417,6 manat, dövlət bölməsində 354 manat, özəl bölmədə isə 601,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, digər fəaliyyət növləri ilə müqayisədə tikinti sektorunda orta aylıq nominal əməkhaqqı daha yüksək olub.