Bakı, 9 sentyabr, AZƏRTAC
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdindəki Bakı Turizm Peşə Məktəbinin (BTPM) fəaliyyəti ilə tanış olub, bu təhsil müəssisənin texniki imkanları barədə məlumatlandırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə BTPM-in yeni təyin edilmiş direktoru Neylüfər Kərimova məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri və gələcək planlar barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, peşə məktəbinin fəaliyyəti ölkədə turizm sahəsində peşəkar kadr hazırlığına öz töhfəsini verərək xidmət keyfiyyətinin təkmilləşdirilməsində özünəməxsus rol oynayır.
Nazir müavini peşə məktəbindən daha yüksək nəticələr gözlənildiyini diqqətə çatdırıb, görüləcək işlər və gələcək əməkdaşlığa dair müvafiq tövsiyələr verib.