Məşhur kanadalı müğənni Castin Biber zahiri görkəmi ilə yanaşı, davranışını da dəyişib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 21 yaşlı müğənni dünən ABŞ-ın Beverli-Hills şəhərində alış-verişdə olarkən onu qarşılayan fanatlara əsla əhəmiyyət verməyib.
Biber onunla şəkil çəkdirmək istəyən yeniyetmə qızlardan birinə "Rədd ol!" deyib.
Bu kobudluqdan qız ağlayıb.
Biberi görmək və ondan avtoqraf almaq üçün saatlarla gözləyən qızların ümidləri puç olub.
Castin Biber boksla da məşğul olmağa başlayıb. O, Kaliforniya ştatındakı Van Nays şəhərində yerləşən "Ten Goose Boxing Gym" zalında məşq edir.
Biberin məşqçisi isə Riki Funezdir.
Maraqlıdıri ki, C.Biber məşq zamanı çəhrayı rəngli boks əlcəklərindən yararlanıb.
Milli.Az
















