Tanınmış simaların yer aldığı "Qız atası" serialı artıq ikinci mövsümünə start verib. Komediya janrında olan serialın ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov və Tərlan Nur-Yaşardır. Baş prodüseri tanınmış gülüş ustası Elməddin Cəfərov, quruluşçu rejissoru isə Ramin Hacıyevdir.

Dörd qızını ərə verən Vidadi (Teymur Məmmədov) və Nəzakətin (Mətanət Əliverdiyevanın) hər həftə başlarına gələn maraqlı, gülməli və qeyri-adi vəziyyətləri görmək istəyirsinizsə, onda hər həftənin şənbə günü ATV-nin efirində, saat 21:30-da nümayiş olunan "Qız atası" serialına baxmağı unutmayın.

Qeyd edək ki onlardan əlavə, serialda bir çox tanınmış aparıcılar - Nərgiz Məmmədova, Xəyalə Quliyeva, Ülviyyə Xəlilbəyli, aktyorlar Tərlan Nur-Yaşar, Əkbər Əlizadə, Azər Axşam və müğənni Coşqun Viləş də rol alıblar.

Serialın ssenaristlərindən biri Tərlan Nur-Yaşar Milli.Az-a serialla bağlı açıqlama verib: "Çox yaxşı serialdır. Qısa müddətdə tamaşaçıların rəğbətini qazanıb. İmtahandan üzüağ çıxıb. "Arı prodoction"ın istehsal etdiyi istənilən serialda rol almağa hazıram. Bu kollektivi çox sevirəm. Həmişə çalışmışam ki, unudulmaz obrazlar oynayım. Komandada hər kəs bir-birini gözəl anlayır. Uğur da bundan başlayır. "Qız atası" serialındakı şəxslərin hamısına böyük hörmətim var. Amma ən çox münasibətim olan isə Azər Axşamdır. Onunla birlikdə çox proyektlərdə olmuşuq".

Milli.Az

Videonu izləmək üçün şəkillərə klikləyin.

"Qız atası": "Boşanacam!"фото