People jurnalının məlumatına əsasən iki il öncə avtoqəzada həyatını itirən amerikalı kino aktyor Paul Walker-in qızı atasının ölümündə Porsche şirkətini günahlandıraraq məhkəməyə müraciət edib. O bildirib ki, aktyorun qəzada həlak olmasına Carrera GT sportkarının konstruksiyasındakı nöqsanlar səbəb olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, qızın vəkili tərəfindən tərtib edilən sənədə əsasən qəzaya düşən Porsche Carrera GT mövcud olan bütün təhlükəsizlik sistemləri ilə təchiz edilsəydi, o zaman Paul Walker və onun dostu Roger Rodas sağ qalardılar.

İddianamədə həmçinin bidirilib ki, Porsche şirkəti Carrera GT-nin idarəolunma və sabitlikdə problem yaşadığını bilsə də sportkarı lazımı electron sistemlə təchiz etməmişdi. Bundan əlavə, təhlükəsizlik kəmərlərinin təhlükəli konstruksiyası ucbatından qəzadan sonra sərnişinlərin qabırğalarının sınması ilə yanaşı baş vermiş yanğından dəqiqə yarım əvvəl avtomobili tərk edə bilməyiblər.

İddianamədə aktyorun qızının hər hansı kompensasiya tələb etməsi göstərilməyib. Xatırlatmaq yerinə düşərdi ki, 30 noyabr 2013 tarixində baş verən qəzada həyatını itirən Roger Rodas-ın həyat yoldaşı Kristine Rodas ötən il buna oxşar iddia ilə məhkəməyə müraciət etmişdi. Bu günə olan məlumata əsasən araşdırmalar hələ də davam edir.
Milli.Az