Əməkdar artist Lalə Məmmədova sənət dostlarının geyim tərzindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində zövqünü bəyəndiyi ifaçıların adlarını çəkib:

“Röyanın axırıncı konsertindəki geyimini, saç düzümünü çox bəyəndim. İmici üzərində Türkiyədən gələn komanda çalışmışdı. Konsertdən sonra özünü görməmişəm ki, gözəl olduğunu deyim. Zülfiyyə Xanbabayevanın geyim tərzini bəyənirəm. Aygün Kazımova plastilin xanımdır, nə geyinirsə yaraşır. Çimərlik paltarında da çıxsa, ona gözəl qalacaq. Hər geyim tərzi ruhuna uyğun gəlir. Tünzalə Ağayeva da son günlər maraqlı geyim tərzindədir. Saçının rəngini dəyişib. Amma mənim daha çox qırmızı xoşuma gəlirdi”.