Azərbaycanlı xalq artistinin səsi batıbmış

Azərbaycanlı xalq artistinin səsi batıbmış
17:24 8 Dekabr 2015
80 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Gülyaz Məmmədova səsinin batmasından danışıb. Lent.az-ın məlumatına görə, “Mənim dünyam” verilişinə qonaq olan ifaçı bildirib ki, toyda ifa edən zaman səsi batıb:

 

“Bacımla birgə el şənliyində idik, qəfildən səsim batdı. Səsim batandan sonra mən əyləşdim, Gülyanaq oxudu. Səsim batandan sonra heç danışa da bilmirdim. Hər ay qriplənirdim. Həkimlər Bakıda müayinə etdilər, göndərdilər Moskvaya. Dedilər ki, səsi düzəldən aparat yalnız Moskvada və Almaniyada var. Mən də getdim Moskvaya, orada müalicə olundum və problem aradan qalxdı. Həmin əməliyyatdan sonra həkim mənə 3 ay oxumağı qadağa etdi. Mən də oxumadım. Oxusaydım, iki səs əmələ gələcəkdi. Bizim sənətimiz çətindir. Gərək səsini qoruyasan”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR