Xalq artisti Mənsum İbrahimovun solo-konserti olub

Xalq artisti Mənsum İbrahimovun solo-konserti olub
19:22 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Konservatoriyasinda xalq artisti Mənsum İbrahimovun solo-konsert olub. "Report" xəbər verir ki, konsertdə xalq artisti Arif Babayev, xanəndə Firuz Səxavət, Azərbaycanın tanınmış sənət adamları və Norveçdən gəlmiş musiqiçilər, Norveç xorunun numayəndələri iştirak ediblər.
Konsertdən əvvəl Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi çıxış edib. O, son vaxtlar konservatoriyada keçirilən konsertlərə olan böyük maraqdan danışıb və bunun çox müsbət hal olduğunu bildirib.
Daha sonra "Qarabağ ansamblı" səhnəyə dəvət olunub. Konsertin girişində Mənsum İbrahimov əməkdar artistlər - Təyyar Bayramov, Arzu Əliyeva və tələbələri ilə birgə "Çahargah" dəsgahını ifa ediblər.
Qeyd edək ki, konsert bədii kompozisiya şəklində hazırlanıb. Rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii qiraətçisi əməkdar artist Azad Şükürovdur. 


Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/xalq-artisti-mensum-i-brahimovun-solo-konserti-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR