Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmkarlarına səslənərək onları yenidən bir araya gəlib, estrada sənətini ayağa qaldırmağa çağırıb:Müğənni İradə İbrahimova "Onlar" verilişində şou-biznesin hazırkı vəziyyətindən gileylənib
"Gəlin, estradanı ölməyə qoymayaq. Şou-biznesdəki durğunluğu mən də hiss edirəm. Boşluq var, bu hal heç xoş deyil. Vətənimə gələndə istəyirəm hamı yığışsın, oturub mənim yeniliklərimi müzakirə edək. Həmkarlarım fikir bildirsinlər: "İradə İstanbulda nələr etdi? Dəydimi gedib orada nəsə etməyə?"
Şou-biznesdə əvvəlki rəngarənglik yoxdur. Bu durğunluq çox olsa, mən də qayıdıb Türkiyəyə gedəcəm. Rəqabət olmalıdır. Yoxsa təkbaşına heç nə edə bilmərəm. İstəyirəm, Elnarə Xəlilova, Lalə Məmmədova, Tünzalə Ağayeva ayağa qalxsınlar. Yeni gələnlərə böyük-kiçik yerini bilməyi öyrətmək lazımdır”.
İ.İbrahimova gənc ifaçıların onları təkrarladığını iddia edib:
"Yeni gələnlər köhnələri təkrarlayırlar. Bu, çox pisdir. Sənətə gələnlərin görüntüsü rəngarəng olmalıdır. İndi heç kim bir-birindən seçilmir. Oğlan ifaçılar da, qızlar da eyni tərzdə oxuyurlar. Öz repertuarıma fikir verirəm. Heç bir mahnım digərinə bənzəmir. Başqasına oxşamağa çalışırlar ki, bəlkə, bunlarda da nəsə tutar. Amma olmur. İkinci Eyyub Yaqubov olsun da... Niyə ikinci Aygün Kazımova yoxdur? Axı bu cür təkrarçılıqla heç nə alınmaz".
Milli.Az