Yunanıstan sahillərində onlarla miqrant batdı

Yunanıstan sahillərində onlarla miqrant batdı
16:54 24 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İzmir şəhərinin sahillərində qaçaq miqrantları daşıyan qayıq batıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Türkiyədən Avropaya köçmək istəyən miqrantların səfəri bu dəfə də ölümlə bitib. Dikili mahalından Yunanıstanın Midiya adasına keçmək istəyən miqrantları daşıyan taxta qayıq səhərə yaxın batıb. Faciədə 18 nəfər həyatını itirib.

 

Rəsmilər 21 nəfərin xilas edildiyini, faciədə ölənlərin cəsədlərinin dənizdən tapıldığını bildirib.

 

Aralarında uşaq da olan cəsədlər aidiyyəti qurumlara təhvil verilib. Xilas edilənlər arasında 1 yaşında körpə də var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR