İŞİD üzərində qələbə 2016-cı ildə qazanılacaq - İraqın baş naziri

İŞİD üzərində qələbə 2016-cı ildə qazanılacaq - İraqın baş naziri
04:18 29 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İraq ərazisində "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzərində qələbə 2016-cı ildə qazanılacaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Heydər əl-Abadi bildirib.

"2016-cı il böyük və qəti qələbə ili olacaq. Həmin il İŞİD-in İraqda mövcudluğuna son qoyulacaq", - deyə Heydər əl-Abadi bildirib.

Bu gün İraqın hökumət qüvvələrinin Ramadi şəhərini İŞİD terrorçularından tam olaraq azad etdiyi xəbəri yayılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2475192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR