Meksikada tanınmış narkobaron saxlanılıb

Meksikada tanınmış narkobaron saxlanılıb
06:28 9 Yanvar 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Meksika təhlükəsizlik orqanları altı ay aradan sonra dünyanın ən təhlükəli narkokartel rəhbərlərindən biri hesab olunan Joaquin "El Çapo" Guzmanı yenidən həbs etməyə müvəffəq olub.

Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, 2014-cü il fevralında həbs edilən "Sinaloa" kartelinin başçısı təxminən altı ay əvvəl həbsxanadan qaçmışdı.

Ancaq o, yenidən Meksikanın şimal-qərbindəki Sinaloa ştatınnı Lis Moçis şəhərində həbs edilib. Bu ştat narkotik baronun doğulduğu bölgədir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2478334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR