"O gündən xəstə yatıram" - xalq artisti

"O gündən xəstə yatıram" -  xalq artisti
17:41 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Səməd Səmədov Yeni ili yataqda qarşılayıb.

Axşam.az-a açıqlama verən sənətçi uzun müddətdir qripdən əziyyət çəkdiyini deyib:

“Bayram günü hərarətim 39-u keçmişdi. Güclü qrip oldum. Bir-iki şou-proqrama qatıldım, evimə qayıdıb yatdım. O gündən xəstə yatıram. Müalicələr etdirirəm. Evdə məndən sonra həyat yoldaşım, nəvələrim də xəstələndi. İndi özümə gəlmişəm. Uzun müddətdir efirdə görünməməyimin səbəbi də budur”.

Səməd Səmədov toy qiymətindən də bəhs edib. O, böhran olmasına baxmayaraq qonorarını aşağı salmayacağını bildirib:

“Xalqımı sevirəm, hər zaman onlara xidmət edirəm. Amma toy qiymətimi aşağı salmamışam, heç düşünmürəm də”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR