Yerli məşhurlardan Türkiyəyə başsağlığı - fotolar

Yerli məşhurlardan Türkiyəyə başsağlığı -  fotolar
17:31 12 Yanvar 2016
40 Şou
Ölkə mətbuatı
A- A+

Sənət aləminin tanınmış simaları Türkiyənin Sultanahmet Meydanında baş verən güclü partlayış nəticəsində həlak olanlara biganə qalmayıblar.
 
Axşam.az-ın məlumatına görə, onlar sosial şəbəkədə “Pray for İstanbul” heşteqli foto paylaşaraq, başsağlığı veriblər.

Aparıcı Xədicə Sənanqızı:

“Yenə terror... Yenə günahsız insanlar öldürülür. Allah bəlanızı versin”.

Müğənni Samir Piriyev:

“Bu xəbər məni çox üzdü”.

Prodüser Tolik:

“Başın sağ olsun qardaş ölkə. Sizin acınız, bizim acımızdır. Allah ölkələrimizi terrordan, pis insanlardan, ara qatanlardan, dinc əhalini yerində oynadanlardan qorusun".

Rəqqasə Oksana Rəsulova:

“Ya rəbbim özün kömək ol. Bu gün İstanbuldan 2 bəd xəbər oldu. Allah ölənlərə rəhmət eləsin, yaralılara isə şəfa versin. Allah bu işdə əli olanların cəzasın versin. Orda o an hər birimiz ola bilərdik”.

Müğənni Rəqsanə İsmayılova:

“Allah türk dövlətinə səbr versin. Dəhşət... Allah bunu edənin cəzasın versin. Tanrıdan qorxmayan kafirlər. Başımız sağ olsun”.

Başsağlığı yazanlar arasında xalq artisti Alim Qasımov, müğənni Zamiq Hüseynov, Nigar Camal, aktrisa Nərgiz Mütəllimova və rejissor Kənan M.M. də yer alıb.

Qeyd edək ki, bu gün İstanbulun Sultan Əhməd meydanında törədilmiş partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.











Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR