Xalq artisti Səməd Səmədov yaradıcılıq işlərindən danışıb.

Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Tural Bakuviyə, aranjimanı Ramal Rəsula məxsus “Belə olmaz” adlı bəstəni lentə aldırıb:

“Xeyli müddət idi ki, efirlərə çıxmırdım. Buna səbəb səhhətimdə yaranan problemlər idi. Bir çox dəvətlərdən, çəkilişlərdən imtina etdim. Yalnız evdə olurdum. Lakin bu mənim xarakterimə uyğun deyildi. Ona görə də özümdə güc toplayıb, ayağa qalxdım. Artıq idman etməyə də başlamışam. Yeni mahnılar yazdırmışam. Bu gün həmin mahnılardan birini təqdim edirəm".