A–
Bakı, 25 fevral, AZƏRTAC
Londonda Britaniya fonoqram istehsalçıları assosiasiyasının “Brit Awards 2016” musiqi mükafatının təqdimetmə mərasimi müğənni Adelin zəfəri ilə yadda qalıb. Ona dörd nominasiya üzrə mükafat verilib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Adel “Ən yaxşı britaniyalı solo ifaçısı”, həmçinin “Ən yaxşı Britaniya albomu” (“25”) və “Ən yaxşı sinq” nominasiyalarında (“Hello”) mükafata layiq görülüb. O, eyni zamanda “Beynəlxalq uğur” nominasiyasının qalibi olub .
“One Direction” qrupu “Drag Me Down” videosuna görə “Ən yaxşı video” nominasiyasını qazanıb. “Ən yaxşı britaniyalı kişi ifaçısı” adı Ceyms Beyə, “Ən yaxşı dünya ifaçısı” adı isə Castin Biber və Börkə verilib. “Ən yaxşı dünya qrupu” nominasiyasında avstraliyalı Kevin Parkerin “Tame Impala” layihəsi, britaniyalılar arasında “Ən yaxşı qrup” nominasiyasında Coldplay qrupu mükafat alıb.
Bundan əlavə, Devid Boui ölümündən sonra xüsusi mükafata layiq görülüb.
AZERTAG.AZ :Adelin “Brit Awards” musiqi mükafatında zəfəri