Müğənni Bülənt Ərsoy gecə klublarının birində çıxış edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, rəngbərəng pariklə səhnəyə çıxan sənətçi "Osmanlı dövründən qalmış biri kimi gənclərin qarşısına çıxmaq istəmədim. Buqələmun kimi rəngdən-rəngə keçə bilirəm" deyib. B.Ərsoy onun üçün hazırlanmış lojasında dostu
Nur Yerlitaşla birlikdə pide sifarişi verib. Daha sonra isə iranlı fanatı Bülənt Ərsoya yaxınlaşaraq onun barmağına üzük taxıb.
Milli.Az




