Əməkdar artist, Opera və Balet Teatrının solisti Təyyar Bayramov Rusiyada keçirilən "Зов Урала" adlı xalq musiqi orkestrı və ansamblının beynəlxalq müsabiqəsinə qatılıb.

Milli.Az-ın məlumatına görə, muğam ifaçısı yarışda birinci yeri tutub.

Müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Tatarıstan, Belarus, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak edib. Müsabiqədə 500-ə qədər insan yer alıb.

Azərbaycan nümayəndə heyətinin tərkibində Təyyar Bayramovla yanaşı, tarzən Rəşad İbrahimov, kamançaçı Təbriz Yusifov təmsil olunublar.

Milli.Az