A–
Bakı, 1 aprel, AZƏRTAC
Əməkdar Artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyanın müəllimi Təyyar Bayramov Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən “Zov Urala” adlı xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Təyyar Bayramovla yanaşı, tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusifov təmsil olunub.
Müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak ediblər. Müsabiqəyə ümumilikdə 500 iştirakçı qatılıb.
AZERTAG.AZ :Azərbaycanlı xanəndə beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb