Güləşçimiz Cəbrayıl Həsənov erməni idmançını məğlub edərək Olimpiadaya vəsiqə qazanıb. ANS PRESS-in məlumatına görə, Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.
"Güləşçimiz rəqibi 51 saniyə ərzində məğlub edib".
Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burcanı, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu gün final görüşləri saat 21:00-da başlayacaq.

63 kq (qadın)
1/4 final - Adela Hanzlickova (CZE) - İrina Netreba 4:10
1/2 final - İrina Netrebko - Anastasia Bratçikova (RUS) 2:7
Bürünc medal görüşü - Aqoro Papavasileiou (GRE) - İrina Netreba
74 kq (sərbəst)
1/8 final - Cəbrayıl Həsənov - Aleksandru Burca (MDA) 11:0
1/4 final - Cəbrayıl Həsənov - Kristian Brzozovski (POL) 10:0 (1 dəq 46 san)
1/2 final - Cəbrayıl Həsənov - Suren Xaçatryan (ARM) 10:0 (51 san) (Olimpiadaya lisenziya qazandı)
Final - Cəbrayıl Həsənov
Ötən gün boksçumuz Cavid Çələbiyev də erməni boksçunu məğlub edərək Olimpiadaya vəsiqə qazanıb. Həmyerlimiz hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:27: 30:27). Boksuçularımız ilə güləşçilərimizn final qarşılaşmaları bu gün olacaq.