Dünyanın tanınmış simaları hər zaman taxdıqları təkqaş brilyant üzüklə diqqət çəkiblər. Türkiyə mediası bu üzükdən taxan məşhurların siyahısını hazırlayıb.

Axşam.az həmin siyahını təqdim edir:

Ən böyük təkqaş brilyant üzüyə müğənni Demet Akalın sahibdir. O, dünyaca məşhur ulduz Beyonsun 9,9 milyon lirəlik (5,2 milyon manat) üzüyünün eynisindən alıb.

Məşhurların brilyant üzük yarışı - FOTO

Aktyor Kenan İmirzalıoğlu bu yaxınlarda nikah masasına oturacağı sevgilisi Sinem Kobala təkqaş alıb. Üzüyün qiyməti o qədər də baha deyil.

Məşhurların brilyant üzük yarışı - FOTO

Brilyant deyərkən ağla gələn ilk adlardan biri də "Məni öləndə üzüyümlə dəfn edin" deyən Bülənt Ərsoydur. Amma zərgər məşhurlar arasında ən bahalı üzüyə Büləntin sahib olmadığını deyir.

Məşhurların brilyant üzük yarışı - FOTO

Ən bahalı təkqaş Burcu Əsmərsoydadır. Keçmiş sevgilisinin ona bağışladığı üzüyün qiyməti 50 min dollardır.

Məşhurların brilyant üzük yarışı - FOTO

Sevgilisi Ozan Öğütün evlənmə təklifini qəbul edən müğənni Hande Yenerin üzüyünün qiyməti 15 min dollardır.

Məşhurların brilyant üzük yarışı - FOTO

Musiqiçi Ozan Çolakoğlu müğənni sevgilisi Gülşənə 50 min dollarlıq üzük bağışlayıb.

Məşhurların brilyant üzük yarışı - FOTO

Milli.Az