Xalq artisti Gülyaz Məmmədova kökəlməkdən şikayətlənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Qonaq gəl bizə" verilişində artıq pəhrizə başlayacağını vurğulayıb. O, 14 kiloqram kökəldiyini deyib:

"Elə bilirlər plastik əməliyyat etdirmişəm. Yalandır. Əvvəl 48 kiloqram idim. İndi 62 kiloqrama qalxmışam. Bundan sonra pəhriz saxlamalı olacam".

G.Məmmədova bacısı Gülyanaq Məmmədova ilə küsməsi xəbərlərinə münasibət bildirib:

"Bu sözü tez-tez eşidirik. Deyirik, bunlar hardan tapır belə yalanı. Ailə ilə bağlı söhbətləri necə danışırlar. Belə şey ola bilməz".

Milli.Az