Görkəmli muğam ustası Xan Şuşinskinin anadan olmasının 115 illiyinə həsr edilən III Respublika Muğam Festivalı başlayıb.
Axşam.az xəbər verir ki, bu barədə "Report"a Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Verdiyeva məlumat verib.
Onun sözlərinə görə, festival Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə keçirilir. Görkəmli xanəndənin yubileyi çərçivəsində təşkil edilən festivalda bədii təhsil müəssisələrinin şagirdləri və tələbləri iştirak edirlər.
Festivalın məqsədi mahir sənətkar Xan Şuşinskinin xatirəsinin yad edilməsi, onun muğam ifaçılığı üslubunun təbliğ olunması, eləcə də ölkədə muğam ifaçılığı təhsilinin inkişafı, istedadlı məktəbli və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsindən ibarətdir.
Münsiflər heyəti mayın 13-dən 17-dək 2 nömrəli Uşaq İncəsənət Məktəbində festivala qatılanları dinləyəcəklər.
Festival bir turdan ibarət olub, 2 qrup üzrə (1-ci qrup - uşaq musiqi, incəsənət məktəblərinin şagirdləri, 2-5 siniflər, 2-ci qrup üzrə - 11 illik musiqi məktəblərinin yuxarı sinifləri, 8-11 siniflər, musiqi kolleclərinin 1-4 kurs tələbələri) üzrə keçirilir. Festivalda respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərindən musiqi və humanitar kolleclərdən 220-yə yaxın uşaq və gənclər iştirak edir.
Festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyasının dosenti, Azəraycan Dövlət Opera və Balet Teatrının solisti, xalq artisti Aygün Bayramovanın sədrliyi ilə Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri, mərhum sənətkarın övladı Bəyimxanım Verdiyeva, Azərbaycan Milli Konservatoriyasının müəllimi, xalq artisti Gülyaz Məmmədova, xalq artisti Azərbaycan Milli Konservatoryiasının baş müəllimi Zabit Nəbizadə, Azərbaycan Milli Konservatoriyasınn müəllimi, əməkdar artist Firuz Səxavətdən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Qeyd edək ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz festivalda uğurlu çıxışlara görə Qran-pri, 1, 2, 3-cü dərəcəli diplomar, Fəxri Fərman, Tərifnamə və müvafiq hədiyyələr təsis edib.
Festivalın yekun konserti mayın 27-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Mədəniyyətşünalıq üzrə Elmi-Metodiki Mərkəzin 2016-cı il iş planına əsasən, Xan Şuşinskinin 115 illik yubileyi ilə bağlı elmi konfrans da keçiriləcək. 

Muğam festivalı başlayıb
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Heç kim ona 63 yaş vermir - FOTO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
“Qızıma deyirəm ki, döz” - Əməkdar artisdən qadınlara məsləhət
29 Oktyabr 2026
·
21:44
300 evi, idman kompleksi, 12 mağazası var
29 Oktyabr 2026
·
12:20
Məşhur klipdəki xanım illər sonra üzə çıxdı - FOTO
28 Oktyabr 2026
·
18:20
Bankın verdiyi puldan imtina etdi, ehtiyac sahiblərinə payladı
27 Oktyabr 2026
·
20:42
Top xəbərlər
Layihələr
Son xəbərlər
Böyük pullar qazanmaq şansı olan bürclər
Bu gün
·
01:15
Evli qadına yazılmış sevgi məktubu 200 il sonra üzə çıxdı
Bu gün
·
00:20
Noyabrın 3-də bu rayonda qaz olmayacaq
Bu gün
·
00:12
5 bürcü ilin sonunadək maddi fürsətlər gözləyir
Bu gün
·
00:08
“Roma”dan “Qalatasaray”ın ulduzuna 30 milyonluq təklif
Dünən
·
23:49
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Dünən
·
23:35
Noyabrın pensiyaları bu tarixdə ödəniləcək
Dünən
·
23:30
TikTok fenomeninin toyunda faciə oldu - Ölü və yaralılar var
Dünən
·
23:17
Devlet Bahçeliyə ağır itki - FOTO
Dünən
·
23:04
Bu telefon nəhəngi istehsalı dayandırdı
Dünən
·
22:48
Sabah Bakının bu ərazilərində su kəsiləcək
Dünən
·
22:35
İranın ABŞ ilə müharibəyə son qoymaq üçün 7 şərti
Dünən
·
22:24
Xəyalə Mürsəl 9 illik vəzifəsindən azad edildi
Dünən
·
22:10
3-cü dünya müharibəsi bu ölkədən başlayacaq - Tarixçi
Dünən
·
21:37
Dövlət qurumunda əməliyyat keçirildi - Saxlanılan var
Dünən
·
21:09