Ötən ay əkiz uşaqları dünyaya gələn aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuş alış-verişdə görüntülənib.

Axşam.az-ın Türkiyə KİV-inə istinadən xəbərinə görə, cütlük əkizləri ilə bağlı sualları cavablandırıb.

Onlar əkizlərinin üzünü göstərməməyin səbəbini açıqlayıb.

"Nəzərdən qorxuruq. Ona görə də əkizləri gəzməyə gətirməmişik", - Doğuş bildirib.

X.Hidayətqızı və Doğuş övladı olduqdan sonra ilk dəfə onları dayəyə etibar edib, tək gəzməyə getdiklərini də vurğulayıb.

Milli.Az