BP-nin baş icraçı direktoru Robert Dadli isə qeyd edib ki, bu ilin sonuna kimi neftin qiyməti 50 dollar/bareldən yüksək ola bilər.
Qeyd edək ki, bu gün birjalarda WTI markalı xam neftin qiyməti 47,10 dollar/barel, "Brent"in qiyməti isə 48,07 dollar/barelə kimi geriləyib.
"TASS" agentliyinin yazdığına görə, V.Ələkbərov bildirib ki, neftin qiymətinin rekord həddə ucuzlaşması dövrü artıq keçib və neft hasilatının müəyyən həcmdə dondurulması ilə bağlı danışıqların davam etdirilməsinə ehtiyac yoxdur: "Düşünürəm ki, kritik dövr keçib və neftin qiyməti daha 30 dollardan aşağı düşməyəcək".