Dünən Türkiyədə bir qrup hərbiçinin həyata keçirdiyi dövlət çevirlişinə cəhd zamanı aparıcı Xoşqədəm Hidayətqızı da qardaş ölkədə olub.

Axşam.az-ın məlumatına görə, o, evdə həyat yoldaşı Doğuşu gözləyən zaman yaşadığı həyəcanlı anları sosial şəbəkədəki izləyiciləri ilə bölüşüb:

"Dünən Türkiyəmdə çox dəhşətli bir gecə yaşadıq, çox qorxdum. İki körpəmlə Doğuşu gözlədiyimiz o anlarda nələr yaşadım, düşündüm onu bir Allah bilir. Bakıdan gələn zənglər, ailəmin narahatçılığı, hıçqırtıları, "təcili gəl" tələbləri... Dəhşət bir gecə idi, Allah Türkiyəni qorusun. Başqa deyəcək söz tapa bilmirəm".