Müğənni Əkbər maraqlı fotosessiyaya imza atıb. Milli.Az xəbər verir ki, başına tac qoyub kameralar qarşısına keçən sənətçi, saytımıza açıqlamasında, maraqlı addımına belə şərh verdi:
"Səhnədə olduğum illər ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Və deyərdim ki, bu, məndə alınır. Başımda tacla şəkil çəkdirmək istəyim öz ideyam oldu. Modelyer-dizayner dostum Aygün Məmmədova bu fikrimi dəstəklədi və çox qısa zamanda aksessuarı mənim üçün hazırladı. Fotoqraf İsmayıl Rzayevlə birgə çalışmaqdan məmnun qaldım. Fotosessiyanın uğurlu alınmasında menecerim İsa İsayevin də zəhməti də az olmadı. Yəqin ki, oxucular yaratdığım obrazı gözəl qarşılayacaqlar".
"Görüntülərdən bu qənaətə gəlmək olar ki, Azərbaycan şou-biznesinin taclı kişi ulduzu bundan sonra Əkbər olacaq" sualına ifaçı özünəməxsus şəkildə cavab verdi: "Özüm-özümü tərifləmək istəmirəm. Amma, həqiqətən, Əkbər olaraq həmişə seçilmişəm. Məncə, bu tac məndən başqa heç bir kişi müğənnisinə yaraşmaz. Və inanmıram ki, kimsə bu ideyamı təkrarlayıb başına tac qoyar".
Onu da qeyd edək ki, Əkbər sözləri Fuad İbrahimova, musiqisi Ruslan Səfəroğluna məxsus olan "Vay-vay" adlı ritmik mahnısını dinləyicilərə təqdim edib. O, yaxın vaxtlarda sözügedən bəstəyə klip çəkdirməyi də düşünür.
Milli.Az


















