Xəbər verdiyimiz kimi, Türkiyədə hərbi qiyam gecəsindən sonra ölkədə 3 aylıq fövqəladə hal elan olunub.

Axşam.az-ın məlumatına görə, bu müddət ərzində qardaş ölkənin müxtəlif şəhərlərində insanlar gecələr meydana toplaşaraq “Demokratiya növbəsi” tuturlar.

Bu cür xalq mitinqlərindən biri Antalyada baş tutub. Mitinqə adi insanlarla yanaşı, tanınmışlar da qoşulub.

Onlar arasında müğənni Alişan, Mustafa Ceceli, Nihad Doğan, Murad Dalkılıç, Kutsi, Berkay, Bengü, yeşim salkım, aparıcı Ece Erken və başqaları yer alıb.

Mitinqə qatılanlar arasında müğənni Doğuş və azərbaycanlı həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı olub.

Türkiyəyə xəaynətkarların hücum etdiyini deyən Doğuş təəssüratlarını bölüşüb:

“Adını çəkməyəcəyəm, amma başqa şərəfsizlər belə bizə bu qədər şərəfsizlik etmədi. Allah “Demokratiya növbəsi” tutan insanlardan razı olsun. Sizlərin köməkliyi ilə uşaqlarımın gələcəyi olacaq”.
X.Hidayətqızı isə televiziya hərbi çevrilişə cəhdi öyrəndiyi an gözyaşlarını saxlaya bilmədiyini deyib. O, bir azərbzycanlı olaraq hər zaman Türkiyənin yanında olacaqlarını söyləyib.

Xoşqədəmlə Doğuş mitinqdə -  fotolar

Xoşqədəmlə Doğuş mitinqdə -  fotolar

Xoşqədəmlə Doğuş mitinqdə -  fotolar

Xoşqədəmlə Doğuş mitinqdə -  fotolar