Castin Biber 17 yaşlı sevgilisi Sofiya Riçidən ayrılıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sevgilisi üzündən Selena Qomezlə instaqramda mübahisə edən və daha sonra şəxsi hesabını bağlayan ulduz 6 həftəlik romantik münasibətlərdən sonra Sofiyadan ayrılmağa qərar verib. Bu barədə jurnalistlərə sənətçiyə yaxın mənbə bildirib.
22 yaşlı müğənninin ətrafında olan mənbələr iddia edir ki, o, ciddi münasibətlərə hazır deyildi. Çoxlu qız pərəstişkarları olan ulduz sakitləşmir və özündən çox arxayındır.
Xatırladaq ki, bir vaxtlar Castin Biberlə sevgili olan Selana Qomezin müğənnidən ayrılma səbəbi onun daim xəyanətləri olub.
Aytən



