Əməkdar artist Könül Kərimovanın son vaxtlar duet ortaqlarını tez-tez yeniləməsi onun uzun illər əməkdaşlıq etdiyi Cabbar Musayevdən ayrılması barədə söz-söhbətlərə rəvac verib.

Publika.az xəbər verir ki, K.Kərimova Xəzər Televiziyasının efirində yayılan söz-söhbətlərin əsassız olduğunu və Cabbar Musayevlə ayrılmağın mümkünsüzlüyünü deyib:

“İraq olsun. Cabbarla uzun illərdir bərabər çalışırıq və ayrılıq mümkünsüzdür”.

C.Musayev də onu başqa duet ortaqlarına qısqanmadığını deyib: “Niyə qısqanmalıyam ki? Bu duetlər uğurlu alınıb və sevilir”.

Cəvahir