MTRŞ-dan Xoşqədəmlə bağlı açıqlama

MTRŞ-dan Xoşqədəmlə bağlı açıqlama
12:01 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleaparıcı Xoşqədəm Hidayətqızının vaxtilə ATV-də yayımlanan “Səni axtarıram” verilişi ilə bağlı qalmaqala münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, MTRŞ-nın sədr müavini Qafar Cəbiyev AzVision.az-a deyib ki, MTRŞ efirdə getməyən materiallara cavabdeh deyil.

“Orada efirdə getməyən məqamlar qeyd olunur. Milli Televiziya və Radio Şurası efirə cavabdehdir. Efirdə getməyən materiallar bizlik deyil. Biz Milli Televiziya və Radio Şurası olaraq efirin monitorinqini aparırıq, efirlə bağlı siyasəti müəyyən edirik. Bunlar efirdə baş verməyən şeylərdir və efirə aidiyyatı yoxdur”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının 2014-cü ildə “Səni axtarıram” verilişində efirə gedən materialın kadrarxası görüntüləri yayılıb. Videoda reallığı əks etdirməyən kadrlar yer alıb. Məlum olub ki, bir çox məqamlar səhnələşdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR