“Səni axtarıram” verilişinin dünən yayılan kadrarxası görüntülərinə mən hələ 2014-cü ildə baxmışam”.
Axşam.az bildiri ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, həmin vaxt verilişdə saxta ssenarilərin olması ilə bağlı MTRŞ-ya məlumatlar daxil olub:
“Bu məsələ hələ 2014-cü ildə bizim diqqətimizdə idi. O vaxt biz bu tip məlumatlar haqda ATV telekanalının rəhbərliyini məlumatlandırdıq, onlar da bundan nəticə çıxartdılar. Verilişin ATV telekanalında yayımı dayandırıldıqdan sonra, veriliş ANS-də yayımlanmağa başlandı. Mən ANS rəhbərliyini Şuraya dəvət edib, məlum görüntülər haqda onlara məlumat verdim və onlardan bu məsələni ciddi nəzarətdə saxlamalarını tələb etdim. Eyni zamanda, onlara bildirdim ki, bu məsələ Şuranın diqqətindədir. Əgər verilişlə bağlı hər hansı problem olacaqsa, buna qarşı ciddi tədbirlər görüləcək. O zaman şou xarakterli verilişlərə qarşı ciddi tədbirlər görülürdü. Biz işimizi hüquqi müstəvidə görürük. Bu gün yayılan görüntülər efirə getməyib. Lakin biz hələ o vaxt buna qarşı laqeyd qalmadıq, bunu bir informasiya kimi qəbul etdik”.
N. Məhərrəmli qeyd edib ki, MTRŞ sosial problemli insanların üzərində şou yaradılmasının qəti əleyhinədir:
“Biz çox istərdik ki, televiziya kanalları sosial problemli insanlar üzərində ciddi proqramlar hazırlayıb, onlara kömək göstərsinlər. Bəzən biz onlara qarşı iradlarımızı bildirəndə telekanallar çoxsaylı insanların müraciətini əsas gətirir. Təbi ki, biz də o kateqoriyadan olan insanların probleminin həll olunmasını çox istəyirik. Amma telekanallar sosial problemli insanlar üzərində şou yox, ciddi xarakterli verilişlər hazırlasalar daha doğru olar”.
“Hazırda Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişi ilə bağlı bizə hər hansı neqativ məlumat daxil olmayıb” – deyə, MTRŞ sədri qeyd edib.
Qeyd edək ki, dünən Meydan TV-də Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi proqramın kadrarxası görüntüləri yayılmışdı.
MTRŞ sədri Xoşqədəm haqda: “O, görüntülərə 2014-cü ildə baxmışam”
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Saçını boyadıb reklama çəkildi: 30 milyon alacaq - FOTO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İçərişəhərdə Zəfər Günü münasibətilə konsert təşkil olunub
Bu gün
·
03:07
Ən yaxşı valideyn olan 3 bürc
Bu gün
·
02:01
İsraildə hökuməti Qadi Ayzenkot formalaşdıracaq
Bu gün
·
01:02
Bunu edənləri böyük məbləğdə cərimə gözləyir
Bu gün
·
00:43
Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
Bu gün
·
00:31
Şuşanın işğaldan azad edilməsindən 6 il ötür
Bu gün
·
00:22
Azərbaycanda Zəfər Günü qeyd olunur
Bu gün
·
00:09
Yaponiyada 5,6 maqnitudalı zəlzələ oldu
Dünən
·
23:31
Polşada noyabrın 11-dək matəm elan edildi
Dünən
·
23:16
Ərdoğan Trampla danışdı
Dünən
·
23:02
“Zirə” qalib gəldi, “Şəfa” və “Araz-Naxçıvan” xal itirdi
Dünən
·
22:40
Ərdoğan Zəfər Gününə görə Qarabağa gəlir
Dünən
·
22:15
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirildi - VİDEO
Dünən
·
21:58
Prezident: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - VİDEO
Dünən
·
21:36
Osimen əməliyyat olundu
Dünən
·
21:02