Dövlət Filarmoniyasında "Muğamat var olan yerdə" adlı konsert keçiriləcək

Dövlət Filarmoniyasında "Muğamat var olan yerdə" adlı konsert keçiriləcək
16:42 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

28 noyabr 2016-cı il tarixində saat 19:00-da Dövlət Filarmoniyasında "Muğamat var olan yerdə" adlı konsert keçiriləcəkdir.

Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, konsertdə Muğam Televiziya Müsabiqəsinin Laureatları Təyyar Bayramov, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəyimxanım Vəliyeva, Mirələm Mirələmov, Elnur Zeynalov, Ayşən Mehdiyeva, Azad Şükürov, Nisbət Sədrayeva, Hüsniyyə Mürvətova cıxış edəcəklər.

Müşayiət edir Muğam instrumental ansamblı. Ansamblin rəhbəri Sahib Paşazadə (tar). Toğrul Əsədullayev (kamança), Çinarə Heydərova (qanun), Emin Cəbrayılov (nağara), Şəfa Kərimov (ud), Azad Əliməmmədov (balaban).
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və təsniflər səslənəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/489287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR