Həyatı da bir qorxu filminə çevirən, elmi açıqlanmasının tapılmağına çətinlik çəkilən bəzi fotoşəkilləri Metbuat.az sizə təqdim edir:

Adil Soltanov/Metbuat.az

​Sirri açılmayan 6 qəribə fotoşəkil

1963-cü ildə Kennedi sui-qəsdi zamanı hər kəs oradan uzaqlaşarkən yaşlı bir qadın olduqca sakit şəkildə fotoşəkil çəkir. Həm də dəfələrlə...FTB bu qadını tapmaq üçün cəhdlər etsə də, fotonu çəkənin şəxsiyyətini məlum etmək mümkün olmayıb.

​Sirri açılmayan 6 qəribə fotoşəkil

Bir ata qızının fotoşəklini çəkmək istəyir. Çədikdən sonra fotoşəkilə baxdığında qızının arxasında ağ geyimli bir şəxsin dayandığını sezir. Fotoya düşən həmin şəxs kosmonavta bənzədiyirdi. Amma qızının fotoşəkilini çəkərkən orada olmadığına əmin idi. Səlahiyyətli qurumlar fotoşəkili araşdıraraq fotoşəklin montaj olmadığını təsdiq etmişdilər.

​Sirri açılmayan 6 qəribə fotoşəkil

Norveçin Hessdalen vadisində çəkilən bir fotoşəkil... Bu canlı işıqların necə meydana gəldiyinə dair araşdırmalar aparılmış, lakin sirri açılmamışdı.

​Sirri açılmayan 6 qəribə fotoşəkil

1964-cü ildə Hook Adası ərazisində nəhəng bir qaraltının suda üzdüyünü görənlər onun fotolarını çəkirlər. Fotonu çəkənlərə yaxınlaşan naməlum varlıq daha sonra geriyə qayıtmışdı. Deyilənə görə, onun uzunluğu 2,5 metr olub.

​Sirri açılmayan 6 qəribə fotoşəkil

I Dünya müharibəsində ingilis ordusunda xidmət verən Freddi Ceson təyyarənin pərinin vurulmasıyla həyatını itirmişdi. Ceksonun ölümündən 2 gün sonra bu fotoşəkili çəkdirən yoldaşları, sirli şəkildə Ceksonun fotoda onların arasında olduğunu görmüşdülər.

​Sirri açılmayan 6 qəribə fotoşəkil

1941-ci ildə Kanadada Sous Forks Körpüsünün açılışında çəkilən bir fotoşəkil olduqca çaşdırıcdır. Kütlənin içindəki bu şəxslər göründüyü kimi digərlərindən fərqlənir. Biri günəş eynəyi taxıb və geyimi 90-cı illərdə yaşayırmış imidir. Digərinin əlində isə günümüzün kameralarına bənzəyən bir kamera görünür.