Panamada avtobusun dərəyə aşması nəticəsində 16 nəfər ölüb
Paylaş
135 baxış·1 dəq oxu
Bakı. 6 mart. REPORT.AZ/ Panamada avtobusun dərəyə aşması nəticəsində 16 nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib. Məlumata görə, hadisə ölkə paytaxtından cənub-qərbdə baş verib. İnsident nəticəsində həmçinin 35 nəfər xəsarət alıb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.