Panamada avtobusun dərəyə aşması nəticəsində 16 nəfər ölüb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkə paytaxtının cənub-qərbində baş verib. İnsident nəticəsində həmçinin 35 nəfər xəsarət alıb.
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.