Xoşqədəmlə Doğuş süni mayalanma etdirəcək

Xoşqədəmlə Doğuş süni mayalanma etdirəcək
12:37 12 Aprel 2017
591 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə quran türkiyəli müğənni Doğuş yenidən ata olmaq istədiyini deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Gecə kuşu" verilişinin qonağı olan sənətçi deyib ki, bu dəfə qızı doğulmasını istəyirlər:

"Bunu isə süni mayalanma ilə edəcəyik. Seçmə haqqımız var".

Ailəsindən söz açan Doğuş həyat yoldaşı və əkizləri ilə gec-gec görüşdüklərini söyləyib:

"Həyatda yaşadıqlarıma görə, heç vaxt ata olmaq istəmirdim. Xəbəri eşidəndə ayaqlarım əsdi. İndi rahatam, mənə nəsə olsa, dağ kimi anaları var. Heç vaxt işlərimi geri plana atmaram. Buna görə də xanımımla və oğullarımla gec-gec görüşürəm. Hər gün canlı yayımda danışırıq. Amma uşaqların qoxusunu hiss etmək başqadır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR