ABŞ oliqarxlara sanksiya tətbiq edir

ABŞ oliqarxlara sanksiya tətbiq edir
10:27 2 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkiləri zamanı seçicilərin pulla ələ alınmasında əli olanların və seçki prosesinə əngəl yaradanların ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi tədbirlərdə iştirakına qadağa qoyulur.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu ABŞ-ın İrəvandakı səfiri Riçard Milz 168.am-a müsahibəsində deyib.

Səfir bildirib ki, seçkilər Ermənistanda "demokratiyanın inkişafı baxımından irəliyə addım" olsa da onlar seçicilərin kütləvi ələ alınması, inzibati resurslardan istifadə halları qeydə alıblar. Və ABŞ səfirliyinin qeydə aldığı bu faktlar digər beynəlxalq müşahidəçilərin qiymətləndirmələri ilə üst-üstə düşür. "Biz hökuməti bu faktların və məlumatların araşdırılmasına çağırmışıq", - diplomat deyib.

Riçard Milz əlavə edib ki, Ermənistanda seçki prosesinə əngəl yaradanlar və seçicilərin ələ alınmasını təşkil edənlər bundan sonra ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi proqramlarda iştirak etməyəcəklər.

Xatırladaq ki, Ermənistanda seçkcilərin pulla ələ alınmasından və inzibati resurslardan hakim Respublika partiyası və partiyanın siyahısında olan oliqarxlar geniş istifadə edib. Seçicilərin ələ alınması halları o qədər geniş tətbiq olunub ki, bu seçkiləri oliqarxların pul kisələrinin yarışı da adlandırırlar. Doğrudur, ABŞ səfiri konkret adlar açıqlamayıb, lakin ABŞ-dan maliyyələşdirilən proqramlara və tədbirlərə iştirak qadağasının məhz seçki prosesinə inzibati təsir edən məmurlara və oliqarxlara yönələcəyi aydındır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR