"Bizim xaricilər" sevimli televiziya layihəsinin növbəti buraxılışı mayın 6-sında, saat 13:30-da ATV kanalında efirə çıxacaq.
Milli.Az bildirir ki, bu dəfə tamaşaçılar Şotlandiyaya səyahət edəcək və nağıllar şəhəri Aberdinlə tanış olacaqlar. Buraxılışın qəhrəmanı Azərbaycan əsilli Şotlandiya vətəndaşı Günel Smifdir. O, Qreq Smif adlı şotlandiyalı ilə ailə qurub və 10 ildən artıqdır Aberdində yaşayır. Buraxılışın anonsunu diqqətinizə təqdim edirik.
Xatırladaq ki, bu yaxınlarda Ranar Musayevin "Bizim xaricilər" müəllif telelayihəsinin premyerası keçirilib. Birinci buraxılışda Londonu Avroviziya 2011 qalibi, İngiltərədə yaşayan Nigar Camalın gözləri ilə görmək olardı. "Bizim xaricilər" telelayihəsi, növbəti seriyanı səbirsizliklə gözləyən tamaşaçılar arasında dərhal geniş əks-səda doğurdu. Qeyd edək ki, proqramın qəhrəmanı xaricdə yaşayan hər bir azərbaycanlı ola bilər. Layihənin anons və buraxılışlarını telelayihənin sosial şəbəkələrində və YouTube "Bizim xaricilər" kanalında izləmək olar.
https://www.instagram.com/bizimxariciler/
https://www.facebook.com/Bizim-Xaricil%C9%99r-287290678358880/
https://www.youtube.com/channel/UC2EJODeH35TiWTtBYWPSYlg
Layihənin müəllifi və rejissoru Ranar Musayev.
Redaktor Afət Dadaşova
Operator Bəhruz Əliyev
Montaj edən Aytən Əzimzadə
Produser Rəhman Bağırov
İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:

