Xəyyamın dəbdəbəli toyundan İLK GÖRÜNTÜLƏR -

Şou-biznesin subay müğənniləri ard-arda evlənməkdə davam edir.

Metbuat.az xəbər verir ki, may ayında ailə həyatı quran əməkdar artist Abbas Bağırov və xalq artisti Aygün Bayramovadan sonra, bu gün Xəyyam Nisanov da özünə toy edib.

Paytaxtdan bir qədər uzaqda yerləşən tanınmış şadlıq saraylarının birində evlənən Xəyyam gecəyə xüsusi qonaqlar dəvət edib. Gələnlər arasında şou nümayəndələri, rəsmi şəxslər və bəyin yaxın dostları var.

Qeyd edək ki, axşam saat 18:00-da başlanan toy gecə saatlarına kimi davam edəcək.

Toydan fotoları təqdim edirik.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR