"Allahım, bu illər ərzində nə qədər yaxınımı, dostumu itirmişəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı İnstaqramda yazıb.
Tennis meydançasından şəkil paylaşan aparıcı ona tennisi öyrədən
müəlliminin xərçəng xəstəliyinə tutulduğunu bildirib:
“İllər sonra müəllimimlə tennis oynamaq istədim. Aylardır xahiş
edirəm. Nəhayət, bu gün razılaşdı. Yaşlanmış və dəyişilmiş bir
insan vardı qarşımda. Utandım nəsə soruşum, amma oyun başlayanda
onun xəstəliyinin xərçəng olduğunu anladım.
Aldığı müalicə onu bu hala salıb. Məni qırmamaq üçün bu oyuna
razılıq verdiyini deyəndə göz yaşlarımı saxlaya bilmədim”.