Xəstə böyrək öz-özünə sağalacaq

Yapon elm adamları kök hüceyrədən böyrək toxuması yaradıb.

Metbuat.az xəbər verir ki, mütəxəssislərə görə, araşdırma gözlənilən nəticəni versə, böyrək xəstələrinin müalicəsində önəmli addımlar atıla bilər.

Kyoto Universitetində aparılan araşdırmada hər növ orqana proqramlana bilən kök hüceyrələri böyrək toxuması halına gətirilib. Növbəti mərhələdə xəstə böyrəklərin bu toxuma ilə müalicəsi test ediləcək. Araşdırmanın məqsədi hələ kök hüceyrədən bütün böyrək istehsal etmək deyil. Ancaq testlər planlaşdırıldığı kimi getsə, yeni toxumalar sayəsində xəstə böyrəyin özünü yeniləməsi təmin olunacaq. Araşdırma xüsusilə, dialezə bağlı yaşayan böyrək xəstələrinin müalicəsində önəmli addım olacaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR