Daha bir məşhur "Maşın"la vidalaşdı -

Murad Dadaşovun təqdimatında ATV telekanalında yayımlanan "Maşın" şounu tərk edən növbəti məşhurun kimliyi müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, şouda çıxışını davam etdirmək üçün lazım olan səsi toplaya bilməyən jurnalist Vüqar Vüqarlı mübarizəni dayandırıb.

Qeyd edək ki, Vüqar Vüqarlı verilişdə qalacağı təqdrdə Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını açıqlamışdı.

Hazırda aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Səidə Sultan, rejissor Aqil M.Quliyev, rejissor-aktyor Sərxan Kərəmoğlu və aktrisa-rəqqasə Oksana Rəsulova şouda çıxışını davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR