"Mənim üçün çox maraqlı bir təcürbə oldu".

Metbuat.az xəbər verir ki, bu sözləri 2 gün əvvəl həbsdən çıxan müğənni Dəniz Səki mətbuat konferansında deyib:

“Heç bir günahım olmadan, etmədiyim bir şeyə görə məni azadlıqdan mərhum etdilər. Mənim üçün çox maraqlı bir təcürbə oldu. Xoşbəxt olmağa söz vermişəm. Mənə kökəlmisən və ya yorğun görünürsən deyə bilərsiniz. Amma çox xahiş edirəm, məni incitməyin, mənə bunu etməyin”.

Nitqini tamamlayan müğənni göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Dəniz Seki narkotik istifadə etmə və satışına yardım etməyə görəs 2 il yarım idi ki, azadlıqdan mərhum edilmişdi.

Dilarə Zamanova