Murad Dadaşovun təqdimatında ATV telekanalında yayımlanan "Maşın" şounu tərk edən növbəti məşhurun kimliyi müəyyənləşib.
Metbuat.az-ın məlumatına görə, şouda çıxışını davam etdirmək üçün lazım olan səsi toplaya bilməyən müğənni Təranə Qumral (32,18%) mübarizəni dayandırıb.
Qeyd edək ki, Təranə Qumral verilişdə qalacağı təqdrdə Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını açıqlamışdı.
Hazırda aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənni Nadir Qafarzadə, rejissor Aqil M.Quliyev, rejissor-aktyor Sərxan Kərəmoğlu və aktrisa-rəqqasə Oksana Rəsulova şouda çıxışını davam etdirir.