Müğənni Təranə Qumral və aktyor Sərxan Kərəmoğlu arasında gərgin anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Maşın şou”-da səsverməyə qalan aktyor Sərxan Kərəmoğlunun Təranə Qumralın həyat yoldaşı Musa Musayevə böyük hörmət bəslədiyi, onunla dost olduğunu bildirməsi müğənnini özündən çıxardıb.

“Musa elə adamdır ki, o səninlə heç vaxt dostluq etməz. Mən səninlə dostluq edə bilərəm. Amma o etməz”.

Qeyd edək ki, yarışmanı Təranə Qumral tərk edib.

Dilarə Zamanova